Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimiz kimi, dekabrın 18-də axşam saatlarında Türkiyənin şərqində avtobus qəzasına düşən vətəndaşlarımızın birinin vəziyyəti ağır olaraq qalmaqdadır.
Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev bildirib ki, Şərur rayonunun Oğlanqala kənd sakini, 1964-cü il təvəllüdlü Niyazova Surə Xəlil qızı Qars Qafqaz Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun sağalması üçün bütün imkanlardan istifadə olunur.